Məşhur müğənni Beyons 7 il fasilədən sonra ilk dəfə solo konsert turuna çıxıb. İsveçin paytaxtı Stokholmda sevənləri qarşısında çıxış edən sənətçi ölkədəki bahalaşmada günahlandırılır.
7Times.az xarici KİV-ə istinadən xəbər verir ki, illər sonra səhnəyə qayıdan ifaçını görəbilmək üçün İslandiya, Portuqaliya və İsveçrə kimi ölkələrdən olan fanatları İsveçə axın ediblər.
“BBC”nin yaydığı məlumata görə, Beyonsun İsveçdə konsert verməyi ölkədə restoran və otellərə tələbatı artırıb. Bunun nəticəsində də qiymətlər xeyli yüksəlib. Apreldə İsveçdə inflyasiya səviyyəsi 10,5 olub, mayda isə 9,4-ə düşməsi gözlənildiyi halda 9,7-yə qədər artıb.
BAKU.WS
Follow @7timesaz