Dünya

Bəzi ölkələr vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırdı

Bəzi ölkələr vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb:

“Yeni Zelandiya hökuməti Rusiya ilə Ukrayna arasında artan gərginlik səbəbindən, Ukraynadakı yeni zelandiyalılara tövsiyə edir ki, nə qədər ki, onları evlərinə apara biləcək kommersiya uçuşları var dərhal ölkəni tərk etsinlər”.

Qeyd olunur ki, Yeni Zelandiya hökumətinin Ukraynada ölkə vətəndaşlarına yardım göstərmək imkanları orada Yeni Zelandiyanın diplomatik nümayəndəliyinin olmaması səbəbindən çox məhduddur.

Bundan başqa, Avstraliyanın Baş naziri Skott Morrison ölkə vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb.

“Biz onların qərarlarına hörmətlə yanaşırıq, lakin onlara tövsiyəmiz çox aydındır: bu, çox təhlükəli vəziyyətdir və öz təhlükəsizliyiniz üçün siz Ukraynanı tərk etməyə çalışmalısınız”, – deyə Morrison jurnalistlərə açıqlamasında deyib.

Oxşar müraciətlə Kanadanın xarici işlər naziri Melani Coli çıxış edib:

“Nə qədər ki, biz tərəfdaşlarımızla yaxından birgə fəaliyyət göstəririk və vəziyyəti izləməyə davam edirik, mən Ukraynadakı bütün kanadalıları lazımi addımları atmağa və ölkəni dərhal tərk etməyə çağırıram”.

O xatırladıb ki, fevralın 1-dən Kanada hökuməti “Rusiyanın davamlı təhdidləri və silahlı münaqişə riskləri” səbəbindən həmvətənlərini Ukraynaya səfərlərdən çəkinməyə çağırır.

Eyni zamanda, Finlandiya, Latviya, Niderland, Böyük Britaniya və Yaponiyanın Xarici İşlər Nazirlikləri Ukraynadakı həmvətənlərini yaranan gərgin vəziyyətlə əlaqədar təcili olaraq ölkəni tərk etməyə çağırıblar.

Coli əlavə edib ki, kanadalı diplomatlar öz yerlərində qalırlar və həmvətənlərə konsulluq yardımı göstərməyə hazırdırlar. “Lakin bizim bu sahədə imkanlarımız ciddi şəkildə məhdudlaşdırıla bilər”, – deyə o əlavə edib.

Kiyev və Qərb dövlətləri bu yaxınlarda Rusiyanın Ukrayna sərhədləri yaxınlığında “aqressiv fəaliyyətinin” artması ilə bağlı narahatlıqlarını bildiriblər. Moskva dəfələrlə bu cür ittihamları rədd edərək, heç kimi təhdid etmədiyini və heç yerə hücum etmək niyyətində olmadığını qeyd edib.