Son vaxtlar ölüm xəbərinin yayılması ilə gündəm olmuş Xalq artisti Bilal Əliyev bir daha mediaya açıqlama verməyəcəyini bildirib.
Yenisabah.az-a danışan sənətçi açıqlamalarından sonra sosial şəbəkələrdə tənqid və təhqirlərlə üzləşdiyini deyib:
“Mən artıq saytlara açıqlama verməyəcəyəm. Əgər saytlar mənim hüquqlarımı qoruyacaqlarına söz versələr, danışacağam, çünki açıqlama verirəm, sonra sosial şəbəkələrdə təhqirlərə məruz qalıram. Açıqlama verirəm, sonra istənilən adam götürüb paylaşır və başlayırlar dədəmin goruna söyməyə. Niyə axı?! Ona görə də, heç bir mövzuda fikrimi soruşmasalar daha yaxşıdır…”
Xatırladaq ki, bir müddət əvvəl “TikTok”da Bilal Əliyevin ölüm xəbəri yayılmışdı.
Sosial şəbəkədən ölüm xəbərini oxuduğunu deyən müğənni Yenisabah.az-a müsahibəsində bunun qəsdən, xüsusi adamlar tərəfindən təşkil edildiyini iddia və onları təhqir etmişdi:
“Gedib işləmirlər, ailələrinin qeyrətini çəkmirlər. Belə insanlar ibnədirlər! Tüpürüm sizin əqidənizə, vicdanınıza! Başqasında nöqsan axtarırlar, kül sizin başınıza, şərəfsiz insanlar…”
Follow @7timesaz