Hadisə

Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var

Biləsuvarda yol qəzası olub, xəsarət alanlar varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Nəsimi kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun İsmətli kənd sakini, Kənan Cəbrayılov idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə motosikleti vurub.

Nəticədə motosikletin sürücüsü, rayonun Nərimankənd kənd sakini, 1969-ci il təvəllüdlü Sərxoş Quliyev və 2007-ci il təvəllüdlü sərnişini Rəsul Quluzadə bədən xəsarətləri alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.