Maqazin

“Bilirdim ki, qayıq aşsaydı yüz faiz öləcəkdim, çünki göl çox dərin idi” – FOTO

“Bilirdim ki, qayıq aşsaydı yüz faiz öləcəkdim, çünki göl çox dərin idi” – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Arif Qazıyev elə gözəl insan idi ki. Təbii ki, ölüm haqdır, amma mən heç vaxt inanmazdım ki, o dünyasını dəyişə bilər. Çünki Arif müəllimdə yumor hissi o qədər güclü idi ki, bitmirdi. Hətta ciddi bir şeyi də zarafatla deyərdi. Onun ölüm xəbəri məni elə sarsıtdı ki… İncəsənət sahəsində gördüyü işlər, imza atdığı layihələr ilklər sırasındadır. Allah yerini cənnət məkan etsin”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Könül Kərimova deyib. Müğənni ilk klipini məhz Arif Qazıyevin çəkdiyini bildirib.

“Arif müəllimlə klip çəkilişlərimizin dadı hələ də damağımdan getməyib. İndi əksər hallarda kliplər böyük çətinliklər hesabına çəkilir, peşman olursan ki, niyə bu işə razılıq verdim? Arif müəllim işi elə qururdu ki, biz nə bir-birimizdən inciyirdik, nə də kapriz edirdik. Həm istirahət edirdik, deyib-gülürdük, həm də klip çəkirdik. İlk dəfə Arif Qazıyev məni Muğam teatrında gördü, zarafatca dedi ki, ay qız, gül kimi oxuyursan, niyə klip çəkdirmirsən? Dedim ki, kimə yaxınlaşıramsa rus dilində danışırlar, onlar mənim mahnımı necə başa düşəcəklər? Dedi ki, mahnını götür gəl, klipi mən çəkəcəyəm. Təxminən 20 il əvvəl “Bir aləm var” mahnıma ilk klipimi məhz Arif Qazıyev çəkdi. Xüsusilə qeyd edim ki, Arif müəllim bu işi mənim üçün təmənnasız etmişdi”, – deyə müğənni bildirib.

Könül Kərimova klip çəkilişi zamanı yaşadığı qorxudan da danışıb.

“Bu klipdən sonra bir neçə klipimi də Arif müəllim lentə almışdı. Özü də hər zaman klipləri təbiətin qoynunda çəkirdi. Hətta klip çəkilişində qayığa minməli idim. Göl çox dərin idi deyə qorxurdum. Qayıq aşsaydı, yüz faiz öləcəkdim. Dedim, yox ey, nə olsa da, qayığa minməyəcəyəm. Axırda məcbur olub qayığı idarə etmək üçün başqa adam da mindirdilər. Ondan sonra razılaşdım, klip çəkildi. Bəlkə də başqa rejissor olsaydı deyərdim ki, yox çəkilmirəm, amma Arif müəllimin sözündən çıxa bilməzdim. Bir də gördük ki, bütün kənd camaatı yığışıb bizə əl çalır. İnsanlar sanki konsertə baxırdılar”, – deyə müğənni bildirib.