İlon Mask bir gündə 20 milyard dollar qazanaraq dünya tarixinin ən varlı adamı olub. Ceff Bezos dünyanın ən zəngin insanlarının reytinqində uzunmüddətli liderlikdən imtina etməli olub.
7times.az xarici mediaya istinadən xəbər verir ki, “Tesla” və “SpaceX”-in qurucusu İlon Mask dünya tarixinin ən zəngin adamı kimi tanınır. Bu barədə “Forbes” məlumat yayıb.
Mask bu nəticəni “Tesla” səhmlərinin kəskin yüksəlməsi sayəsində əldə edə bilib. Bu, İlon Maska 36,2 milyard dollar qazandııb. Şirkətin bazar kapitallaşması da bir trilyon dolları keçərək bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Maskın ümumi sərvəti 271,3 milyard dollar olaraq qiymətləndirilir. Reytinqin ikinci pilləsində Amazon şirkətinin rəhbəri Ceff Bezos (194,1 milyard dollar) qərarlaşıb, üçlüyü Fransanın “LVMH” şirkətlər qrupunun baş direktoru Bernard Arno (187,5 milyard) tamamlayır.
Qeyd edək ki, “Tesla” 2003-cü ildə Mask tərəfindən yaradılıb və əvvəllər yalnız avtomobil istehsalına diqqət ayırıb. Daha sonra “Tesla” şirkəti günəş panelləri və digər enerji saxlama sistemləri istehsalını da həyata keçirməyə başlayıb. KONKRET.az
Follow @7timesaz