Məşhur müğənni Britni Spirs oğulları Şon Prestonla Ceyden Ceymslə bağlı növbəti dəfə paylaşım edib.
Axşam.az xəbər verir ki, ifaçı paylaşımında övladları üçün darıxdığını və kədərli olduğunu yazıb. O, vurğulayıb ki, atasının himayəsində olarkən məhkəmə onu avtomatik olaraq valideynlik hüququndan məhrum edib:
“Artıq məqsədim yoxdur. Onlar mənim sevincim, hər şeyim idi. Onlar mənim üçün yaşadıqlarım idi. Sonra birdən yox oldular və mən hiss etdim ki, mənim bir parçam ölüb”.
Qeyd edək ki, daha əvvəl Ceyden açıqlamasında babası Ceymsə haqq qazandıraraq onun Britni üçün çalışdığını bildirib.
Follow @7timesaz