Ölkə

Bir şagirdi məktəbə yola salmaq neçəyə başa gəlir? – Yarmarkadan REPORTAJ + Qiymətlər

Bir şagirdi məktəbə yola salmaq neçəyə başa gəlir? – Yarmarkadan REPORTAJ + Qiymətlərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni tədris ili ərəfəsində Bakıda ənənəvi məktəb və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb. Əsasən metro stansiyalarının çıxışında quraşdırılan çadır tipli yarmarkalar sentyabrın 25-nə qədər fəaliyyət göstərəcək.

 

Sfera.az-ın əməkdaşı “28 May” metro stansiyasına yaxın ərazidə fəaliyyət göstərən yarmarkada olub, qiymətlərlə maraqlanıb. Satıcılardan biri əməkdaşımızla həmsöhbətdə bildirib ki, bu il sözügedən məhsullara tələbat normaldır: “Ötən illə müqayisə etdiyimiz zaman hansısa dəyişikliyin olduğunu demək olmaz. Hər şey qaydasındadır. Adətən insanlar yarmarkamızdakı qiymətlərlə maraqlanır, digər mağazalarla müqayisə edirlər. Bununla bağlı deyə bilərəm ki, yarmarkadakı qiymətlər məhsula görə fərqlənir, bəziləri təbii ki, mağazalardakı qiymətlərdən fərqlənir. Əlbəttə ən münasibət qiymətlərə məhsullar məhz burdadır”.

 

Digər müsahibimiz deyib ki, kağız məhsullarının qiymətində artım var: “24 vərəqlik dəftərlər yarmarkada 40 qəpik olsa da, mağazalarda 50 qəpikdən başlayır. Ümumiyyətlə məktəbli ləvazimatlarının qiymətləri başqa illərlə müqayisədə kəskin fərqlənmir. Ötən il qiymətlər necə idisə, elə də qalıb – nə artım var, nə azalma”.

 

Həmsöhbətimiz yarmarkada müştərilərə təqdim olunan bəzi məhsulların qiyməti ilə bağlı da məlumat verib.

 

Belə ki;

 

Qələm – 15 qəpik-1 manat

Rəsm albomu (vərəqlərinin sayından asılı olaraq) – 1-3 manat

Pozan – 50 qəpik-3 manat

Adi məktəbli çantası – 20 manatdan-55 manatadək

Yapışdırıcı – 70 qəpik-2 manat

Dəftər – 40 qəpik-5 manat

Penallar – 2-15 manat

Su qabı – 7-15 manat

Xətkeş – 50 qəpik- 3 manat

Qayçı – 1-2 manat

Plastilin – 1 – 2 manat (içindəki saydan asılı olaraq)

 

Fotolar: Anar Bayramlı

 

Günay Rəsulqızı