Dünya

İsrail İrana nüvə sazişi müzakirə olunduğu müddətdə hücum etməyəcək – Axios

İsrail İrana nüvə sazişi müzakirə olunduğu müddətdə hücum etməyəcək – Axiosbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hakimiyyəti Ağ evi əmin edib ki, ABŞ Prezidenti Donald Tramp Tehranla nüvə proqramı ilə bağlı danışıqların uğursuz olduğunu bildirənədək İran obyektlərinə zərbə endirməyəcək.

7Times.az xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Onların məlumatına görə, keçən həftə Vaşinqtona səfəri zamanı strateji planlaşdırma naziri Ron Dermer, İsrail kəşfiyyatı “Mossad”ın başçısı David Barnea və İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Sahi Haneqbi Amerika hakimiyyətinə yəhudi dövlətinin müvafiq qərarı barədə məlumat veriblər.

“Biz amerikalıları sakitləşdirdik və onlara dedik ki, yaxşı diplomatik həll yolu tapmaq mümkündürsə, hücuma başlamağın heç bir məntiqi yoxdur. Buna görə də biz onlara şans verəcəyik və danışıqların tükəndiyi və ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun təslim olduğu aydın olana qədər heç bir hərbi əməliyyat həyata keçirməyəcəyik”, – portal müsahibi deyib.

“Report”