ABŞ Prezidenti Donald Tramp Hərbi Hava Qüvvələrinin general-leytenantı Aleksus Qrinkeviçi NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin Ali Baş Komandanı, həmçinin ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının rəhbəri vəzifəsinə təyin edib.
“7Times.az” xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında bildirilib.
“General-leytenant Aleksus Qrinkeviç NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin Baş komandanı və ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının rəhbəri vəzifəsinə təyin edilib”, – bəyanatda qeyd olunub.
Təyinat alyansın dəstəyi ilə təsdiqlənib.
Hazırda A.Qrinkeviç Pentaqonda Birləşmiş Qərargah Rəisləri Komitəsinin əməliyyatlar üzrə direktoru vəzifəsini tutur.
Follow @7timesaz