Dünya

Qərb ölkələri Ukraynaya yeni hərbi yardım paketi ayırır

Qərb ölkələri Ukraynaya yeni hərbi yardım paketi ayırırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya hərbi təchizat üzrə Təmas Qrupunda iştirak edən ölkələr Kiyevə bir neçə milyard avro məbləğində yardım göstərməklə bağlı yeni öhdəliklər götürüblər.

“7Times.az” xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili Brüsseldə Ramşteyn formatında Təmas Qrupunun görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

“Bizim qətiyyətimiz Avropadakı və onun hüdudlarından kənardakı müttəfiqlərimiz tərəfindən dəstəklənir. Bu gün onlar Ukraynaya mübarizədə kömək etmək üçün milyardlarla avro dəyərində mühüm öhdəliklər götürüblər”, – o deyib.

Qeyd edək ki, iclasa Böyük Britaniya və Almaniya sədrlik edib.