Dünya

“Moskva əmindir ki, Serbiya Ukraynaya silah tədarükünün risklərini dərk edir” – Zaxarova

“Moskva əmindir ki, Serbiya Ukraynaya silah tədarükünün risklərini dərk edir” – Zaxarovabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva əmindir ki, Serbiya hərbi-sənaye kompleksi məhsullarının Kiyevin əlinə keçməsi risklərini dərk edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya rəsmi Belqrad bununla bağlı effektiv tədbirlər görəcəyinə əmindir.

Rusiya Prezident Aleksandar Vuçiçin Serbiyanın Ukraynaya serb sursatlarının tədarükünü dayandırmaq üçün tədbirlər görəcəyinə dair verdiyi vədləri nəzərə alıb. Moskva hesab edir ki, elan edilmiş tədbirlər bu cür sövdələşmələrin vaxtında dayandırılmasına imkan verəcək.

Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidməti Serbiya müdafiə zavodlarının Belqradın neytrallığını elan etməsinə baxmayaraq, Kiyevə sursat tədarük etməyə davam etdiyini açıqlayıb.