Xəbər verdiyimiz kimi, Türkiyədə yayımlanan “Söylemezsem olmaz” proqramının aparıcısı Bircan Bali Hadisənin Azərbaycan konsertindən danışarkən Bakı Konqres Mərkəzini kababxana adlandırıb.
Axşam.az xəbər verir ki, ötən gündən sosial şəbəkədə tənqid olunan Bircan məsələyə aydınlıq gətirib. O, verilişdə dediyi sözlərin yanlış anlaşıldığını vurğulayıb:
“Azərbaycanlılar mənə əsəbiləşib. Üçüncü dəfə açıqlama verirəm. Bakı Konqres Mərkəzinin yanında fotom da var. Heç ora kababxana deyərəm? Mən, kababxanada afişanı gördüm dedim”.
Follow @7timesaz