“Azərbaycanın zəlzələ bölgəsində 1000 ev tikməsi “bir millət, iki dövlət” olmağın göstəricisidir”.
7Times.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə dövlət başçısı bildirib ki, Azərbaycan zəlzələ zonasında 1000 ev, məktəb, məscid və sosial obyektlər tikəcək: “Evlərin təməlini qardaşımız İlham Əliyevlə birlikdə atdıq. Bütün bunlar “bir millət, iki dövlət” olmağın göstəricisidir”.
“Biz seçki gündəmindən asılı olmayaraq zəlzələ bölgəsində həyata keçirilən bütün işləri mütəmadi izləyirik”, – R.T.Ərdoğan vurğulayıb.
***
“Biz həmişə dünyanın yanında olduq. Fəlakət zamanı da dünya ölkələri bizi tək qoymadı”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Onun sözlərinə görə, ölkədə baş verən dağıdıcı zəlzələlərdən sonra dünyanın hər yerindən axtarış-xilasetmə qrupları gəldi.
“Azərbaycan da gəlib dedi ki, biz min bina tikmək istəyirik. İlham Əliyevlə birlikdə onların bünövrəsini qoyduq”, – deyə o vurğulayıb.
Dövlət başçısı bu yardımların heç vaxt unudulmayacağını bəyan edib.
“İnşallah, qısa zamanda yaralarımızı birlikdə sağaldacağıq. Axtarış-xilasetmə qruplarımız dünyanın hər yerindən gələn komandalarla həmrəy olaraq, bu prosesdən uğurla keçdi”, – deyə Ərdoğan sözlərini yekunlaşdırıb. (Mənbə: Haber Global)
Follow @7timesaz