Dünya

Bişkek və Düşənbə tam atəşkəs barədə razılığa gəldi

Bişkek və Düşənbə tam atəşkəs barədə razılığa gəldibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bişkek və Düşənbə tam atəşkəs barədə razılığa gəlib.

7times.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev tacik həmkarı Saymumin Yatimovla apardığı danışıqlardan sonra məlumat verib.

Taşiyev bildirib ki, hər iki ölkənin xalqı çətin dövryaşayır və faciə ilə üzləşiblər.

Onun sözlərinə görə, danışıqlar nəticəsində hər iki ölkənin maraqlarına uyğun dörd bənddən ibarət protokol qəbul edilib.

Xatırladaq ki, aprelin 28-də Qırğızıstan-Tacikistan sərhədində yerli sakinlər arasında qarşıdurma silahlı münaqişəyə çevrilib. Nəticədə hər iki tərəfdən 40-a yaxın şəxs öldürülüb, 200-dən çox insan yaralanıb.