Dünya

Bitkoin kəskin bahalaşdı

Bitkoin kəskin bahalaşdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün keçirilən hərraclarda bitkoinin məzənnəsi bir saat ərzində 5 000 ABŞ dolları artaraq 37 299 dollara çatıb.

7times.az CNBC”yə istinadən xəbər verir ki, buna səbəb məşhur iş adamı, “Tesla” və “Space X” şirkətlərinin sahibi İlon Mask tərəfindən tvitterdə bitkoin həştəqinin yerləşdirilməsi olub.

“Coin Desk” xəbər verir ki, hərrac zamanı 11,09 faiz bahalaşaraq 37 024 dollar səviyyəsinə yüksələn bitkoin bu ay 41 940 dollarlıq tarixi maksimuma çatdıqdan sonra bir həftə keçmiş kəskin ucuzlaşdı. Bütövlükdə ilin əvvəlindən bitkoin 25 faizədək bahalaşıb.