Futbol üzrə Azərbaycan millisinin və Zaqreb “Dinamo”sunun hücumçusu Mahir Emreli Xorvatiya çempionatının 17-ci turu çərçivəsində “Riyeka”ya qarşı keçirdikləri uğurlu səfər oyunundan sonra instaqram hesabında paylaşım edib.
7Times.az xəbər verir ki, sözügedən oyunda iki qol vuran azərbaycanlı futbolçu bunun üçün komanda yoldaşlarına borclu olduğunu deyib:
“Bu komandanın üzvü olduğum üçün qürur duyuram. Bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Biz çempionuq”.
Xatırladaq ki, “Riyeka” – “Dinamo” matçı zaqreblilərin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbəyə dublla töhfə verən Mahir 72 və 85-ci dəqiqələrdə fərqlənib.