Dünya

“Biz olmasaydıq indi alman dilində danışırdınız” – Tramp

“Biz olmasaydıq indi alman dilində danışırdınız” – Trampbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Şimali Karolinada ABŞ ordusunun 250 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxış edib. 

Təhlükəsizlik tədbirləri çərçivəsində o, gülləkeçirməz şüşə arxasında nitq söyləyib.

Fort Braq hərbi bazasında 50 minə yaxın hərbçi qarşısında çıxış edən Tramp, Los-Ancelesdə baş verən etirazlara sərt reaksiya verib.

“Amerika bayrağını yandıranlar 1 il həbs cəzası almalıdır. Biz bunu həyata keçirməyə çalışacağıq”, – deyə bildirib.

Tramp etirazların ABŞ-nin dəyərlərinə və hərbçi nəslinin fədakarlıqlarına zidd olduğunu vurğulayaraq, “Silahlı Qüvvələrimizin nəsilləri ölkəmizin üçüncü dünya anarxiyası ilə işğal edilməsini seyr etmək üçün canlarını fəda etməyiblər. Başkomandan kimi buna əsla icazə verməyəcəyəm”, – deyə əlavə edib.

ABŞ lideri şəhərlərin “xarici düşmənlər tərəfindən işğalına” yol verilməsinə etiraz edərək, Los-Ancelesdəki vəziyyətə görə birbaşa Prezident Co Bayden hökumətini məsul tutub:“Bu etirazçıların əksəriyyəti Bayden rəhbərliyi tərəfindən buraya gətirildi. Onlar dünyanın müxtəlif yerlərindəki həbsxanalardan, ruhi xəstəxanalardan gəldilər. Bəziləri narkobaronlar və dəstə başçıları idi. Onların ölkəyə girməsinə icazə verildi”.

Çıxışında ABŞ-ın Birinci Dünya Müharibəsindəki roluna da toxunan Tramp saha sonra deyib:“Əgər biz olmasaydıq, indi siz hamınız alman dilində danışırdınız. Bəlkə bir az yapon dili də qarışardı. Amma biz müharibəni qazandıq”.

“AzPolitika.info”