Aktual

“Biz Rusiyanı qoruyuruq, başqa seçimimiz yoxdur” – Putin

“Biz Rusiyanı qoruyuruq, başqa seçimimiz yoxdur” – Putinbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko Kosmonavtika Günü ilə əlaqədar Amut bölgəsindəki Şərq Kosmodromunda olublar.

Gundem.az xəbər verir ki, səfərdən sonra Putin gündəmlə bağlı açıqlama yayıb.

Dövlət başçısı Rusiya və Belarusun kosmik infrastruktur layihələrində əməkdaşlıq edəcəyini bildirib. Həmçinin Rusiya lideri Ukrayna əməliyyatı ilə bağlı bu açıqlamaları verib:

“Ukraynada Rusiya qüvvələrinin əleyhdarları ilə münaqişələr qaçılmaz idi, bu, sadəcə zaman məsələsi idi. Biz Ukraynada hərbi əməliyyat keçirməklə Rusiyanı qoruyuruq, başqa seçimimiz yox idi. Bizim hərbi əməliyyatımız, şübhəsiz ki, öz məqsədlərinə çatacaq”.