Dünya

Biz Ukraynadan heç vaxt bunu istəməmişik – Orban

Biz Ukraynadan heç vaxt bunu istəməmişik – Orbanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Ukraynanı dəstəkləməklə özünü qorumamalıdır, çünki bu, Rusiya ilə qarşıdurmaya gətirib çıxaracaq.

7Times.az xəbər verir ki, bu sözləri Macarıstan baş nazirinin müşaviri Balazs Orban deyib.

O, Ukraynanın Rusiyaya qarşı müharibədə həm də Avropanın təhlükəsizliyi üçün mübarizə aparması ilə bağlı Avropada tez-tez səslənən fikirlərlə razılaşmayıb:

“Buna görə də Macarıstanın mövqeyi unikaldır. Ukraynalılar özləri üçün mübarizə aparır və onların buna haqqı var. Amma bu, bizim təhlükəsizliyimizlə bağlı deyil, biz onlardan heç vaxt bizim adımızdan döyüşmələrini istəməmişik. Rusiya ilə qarşıdurma istəmirik. Ukraynalılar öz işlərini görür, bu, Avropa məsələsi deyil. Bu, ukraynalıların qərarıdır və bu strategiyanın nəticəsini görəcəyik”.

Axar.az