Dünya

“Bizdən üstün olduğunu düşünürdün, səhv etdin!” – Bayden Kiyevdən Putinə SƏSLƏNDİ

“Bizdən üstün olduğunu düşünürdün, səhv etdin!” – Bayden Kiyevdən Putinə SƏSLƏNDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putin bizim birliyimizin alınmayacağına ümid edirdi. O, NATO-nun vahidliyini saxlaya bilməyəcəyini və bizim də Ukraynanın tərəfinə başqalarını cəlb edə bilməyəcəyimizi düşünürdü”.

7Times.az  xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

“Putin, bizdən üstün ola biləcəyini düşünürdü. O, sadəcə olaraq səhv etdi. Və bir il sonra dəlillər burada, bu otaqdadır, biz burada birlikdəyik” –  Bayden  əlavə edib.

Qeyd edək ki, ABŞ prezidenti müharibənin bir illiyi ərəfəsində dəstək nümayişi olaraq Ukraynaya qəfil səfər edib. Bayden Kiyevə daha çox yardım və Rusiyaya qarşı əlavə sanksiyalar vəd edib.

Sfera.az