Dünya

“Bizi aldatdılar” – Putindən Rusiya-Ukrayna müharibəsi barədə ŞOK AÇIQLAMA

“Bizi aldatdılar” – Putindən Rusiya-Ukrayna müharibəsi barədə ŞOK AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Donbass ətrafındakı vəziyyəti sülh yolu ilə həll etmək üçün hər şeyi etdi,  lakin bu, müəyyən mənada mümkün deyildi”.

7Times.az  bildirir ki, bunu Vladimir Putin Böyük Vətən Müharibəsi veteranları ilə görüşündə deyib.

O qeyd edib ki, Rusiya Federasiyası 2014-cü ildən Ukraynada baş verən hadisələrə, o cümlədən rusdilli əhalinin məhv edilməsinə reaksiyasız qala bilməzdi.

“Uzun müddət dözdük, uzun müddət razılığa gəlməyə çalışdıq. İndi göründüyü kimi, bizi sadəcə olaraq aldadıblar. Bu, bizim başımıza ilk dəfədir gəlmir. Buna baxmayaraq,bu vəziyyəti sülh yolu ilə həll etmək üçün əlimizdən gələni etdik. İndi aydın oldu ki, bu, mümkün deyildi”, – deyə Putin əlavə edib.

 

O həmçinin, həmin zaman Ukraynanın münaqişəni kəskin və qaynar fazaya keçirməyə hazırlaşdığını vurğulayıb. “Hazırda gördüyümüz işlərdən başqa bizə heç nə qalmadı”, – deyə prezident  yekunlaşdırıb.