Maqazin

Bizimkilər Dubayda…

Bizimkilər Dubayda…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda aprel ayı gah yağış, gah külək, gah da birdən-birə doğan günəşlə keçir. Bu dəyişkən havadan bezən bəzi məşhurlarımız xairic ölkələrə üz tutmağa başlayıb. 

Məsələn, son günlər çox populyar sima Dubaya yollanır. Onlar ard-arda tətillərindən görüntüləri instaqram izləyiciləri ilə bölüşürlər.

Yəni yayın gəlməyini gözləyə bilməyən tanınmışlar onun ayağına gediblər.

OLAY son zamanlar tətil üçün Dubaya yollanan və oradan fotolar paylaşan məşhurları təqdim edir.

Müğənni Nura Suri mart ayının sonlarında Dubaya yollanıb. Onun istirahət görüntüləri izləyiciləri tərəfindən olduqca bəyənilib.

Müğənni Xatirə İslam artıq tətilini başa vurub qayıdıb. Onun ailəsi ilə yollandığı istirahətədn görüntülər izləyicilərinin marağına səbəb olub. Xüsusilə də Xatirənin səhrada çəkilən şəkilləri diqqət çəkib.

İfaçının influenser qardaşı Tural və xanımı Zümrüd də onunla birgə dincəliblər. Məşhur cütlük istirahətdən görüntülərini instaqramda paylaşıblar.

Bu günlərdə müğənni Ayan Babakişiyeva da Dubaya üz tutub. O, dünyanın ən böyük səhralarından biri olan Rub Əl-Xaliddə fotosessiya etdirib.

İnfluenser Asya Aslanova (asyafuad) da bu gün Dubaya yollanıb. O istirahətinin birinci günündən fotonu instaqramda yerləşdirib.