Dünya

Blinken Lavrovla danışıqlar aparacaq

Blinken Lavrovla danışıqlar aparacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın dövlət katibi Entoni Blinken yaxın günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmağı planlaşdırır.

7Times.az xəbər verir ki, bu barədə Blinken Dövlət Departamentində jurnalistlərə deyib.

“Moskva ABŞ-ın təhlükəsizlik zəmanətinə dair təklifə verdiyi cavabla tanış olduqdan və növbəti addımları müzakirə etməyə hazırlığını bəyan etdikdən sonra sonra xarici işlər naziri Lavrovla müzakirələr aparmağı gözləyirəm”, – Blinken söyləyib.

Qeyd edək ki, ABŞ bu gün Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə yazılı cavab verib.