ABŞ-nin dövlət katibi Entoni Blinken Nigerin devrilmiş prezidenti Mohamed Bazumla telefonla danışıb.
“Report” xəbər verir ki, bu barədə Blinken eksdə (keçmiş tviter) bildirib.
“Mövcud konstitusiya böhranının sülh yolu ilə həlli üçün davam edən səylərimizi ifadə etmək üçün Niger Prezidenti Bazum ilə danışdım. Birləşmiş Ştatlar onun və ailəsinin dərhal azad edilməsinə çağırışımızı təkrarlayır”, – xarici əlaqələr idarəsinin rəhbəri sosial şəbəkədə qeyd edib.
Follow @7timesaz