“Ukrayna ətrafında vəziyyəti həll etmək üçün diplomatik yol açıqdır”.
7Times.az Sfera.az-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrova baş tutan telefon danışığı zamanı bildirib.
“ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinlə söhbətində etdiyi kimi, mən açıq şəkildə bildirdim ki, bu böhranı həll etmək üçün diplomatik yol hələ də açıqdır. Moskvanın bu yolla getmək istədiyini göstərə biləcəyi yol sadədir: o, gərginliyi azaltmalı, nəinki vəziyyətin diplomatik yolla həlli istəyindən danışmalı, həm də həqiqətən bunun üzərində işləməlidir. Söhbətimiz zamanı xarici işlər naziri Lavrov dedi ki, Rusiya tərəfi bizim iki həftədən artıqdır ki, Moskvaya göndərdiyimiz və müzakirə üçün konkret sahələri təklif etdiyimiz sənədə cavab üzərində işləyir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın cavabını aldıqdan sonra ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə qarşılıqlı fəaliyyətə hazır olacaq. Blinken qeyd edib ki, Rusiya Ukraynaya qarşı hərbi hərəkətlərə haqq qazandırmaq üçün hansısa təxribata gedə bilər.
Follow @7timesaz