ABŞ dövlət katibi Entoni Blinken 4-8 fevral 2024-cü il tarixlərində Səudiyyə Ərəbistanı, Misir, Qətər, İsrail və İordan çayının qərb sahilinə səfər edəcək.
7Times.az xəbər verir ki. bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu miller bildirib.
“Dövlət katibi qalan bütün girovların azad edilməsini təmin edən və Qəzzadakı mülki şəxslərə humanitar yardımın davamlı və genişləndirilmiş şəkildə çatdırılmasına imkan verəcək humanitar fasilədən ibarət razılığın əldə edilməsi üçün diplomatik səyləri davam etdirəcək”, – Miller açıqlamasında bildirib.
Həmçinin Blinkenin “ABŞ-ın öz şəxsi heyətini və Qırmızı dənizdə naviqasiya azadlığı hüququnu qorumaq üçün lazımi addımları atacağını təsdiqləyərək, münaqişənin yayılmasının qarşısını almaq üçün” fəaliyyətini davam etdirəcəyi vurğulanır.
“Dövlət katibi həm israillilər, həm də fələstinlilər üçün davamlı təhlükəsizliyi təmin edən daha inteqrasiya olunmuş, dinc regionun yaradılması yollarına dair tərəfdaşlarla müzakirələri davam etdirəcək”, – Metyu Miller bildirib.
Follow @7timesaz