Dünya

Blinkenin təyyarəsində nasazlıq yarandı – Uçuşu gecikdi

Blinkenin təyyarəsində nasazlıq yarandı – Uçuşu gecikdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinkenin başına iş gəlib.

7Times.az  xarici KİV-ə istinadən xəbər verir ki,  Entoni Blinken Davosda keçirilən Dünya İqtisadi Forumunda (WEF) iştirak etdiyi İsveçrədən təyyarəsində yaranan kritik nasazlıq səbəbindən ABŞ-a qayıda bilməyib.

Belə ki, Blinken Belçikanın paytaxtı Brüsseldən özəl təyyarə ilə yola salınıb.

Qeyd edək ki, ötən ilin sentyabrında Kanadanın baş naziri Castin Trüdo Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 Sammitindən sonra təyyarəsində mexaniki nasazlıq üzündən Hindistanda qalmışdı.

Həmçinin Almaniyanın xarici işlər naziri Annalena Berbok təyyarəsindəki texniki nasazlıq səbəbindən keçən ilin mayında Okeaniya turu zamanı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə təcili eniş etmişdi. Qətərin paytaxtı Dohada getdiyi təyyarənin təkərlərində yaranan problem səbəbindən o da gedə bilməmişdi.

Almaniyanın keçmiş kansleri Angela Merkel də 2018-ci ildə Argentinada keçirilən G20 Sammitinin açılış mərasimində onu daşıyan hökumət təyyarəsinin təcili eniş etməsinə səbəb olan “ciddi nasazlıq” səbəbindən iştirak edə bilməyib.