Dünya

Blinkenlə Lavrov arasında telefon danışığı OLUB

Blinkenlə Lavrov arasında telefon danışığı OLUBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefon danışığı aparıblar.

7Times.az xəbər verir ki, bu barədə “Reuters”  məlumat yayıb.

Bundan əvvəl fevralın 12-də ABŞ-ın təşəbbüsü ilə tərəflərin telefon danışığı baş tutub.

Yanvarın 26-da ABŞ və NATO Moskvanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə yazılı cavabları Rusiyaya təhvil verib. Amerika tərəfi bu sənədlərin mətnlərinin açıqlanmamasını istəyib, lakin dövlət katibi Blinken və NATO-nun baş katibi Yens Stoltenberq onların əsas müddəalarını sadalayıblar. Bu bəyanatlara görə, Qərb Rusiya üçün prinsipial güzəştə getməyib, əksinə, gələcək danışıqların istiqamətlərini müəyyən edib.