Aprelin 5-də BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.
7Times.az xəbər verir ki, bu barədə təşkilatın cədvəlində qeyd olunub.
İclasın səhər saatlarında baş tutacağı gözlənilir. Görüşün konkret mövzusu müəyyən edilməyib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasına Böyük Britaniya sədrlik edir.
Follow @7timesaz