Dünya

BMT İrana nüvə proqramı ilə bağlı çağırış edib

BMT İrana nüvə proqramı ilə bağlı çağırış edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“BMT İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə birgə hərtərəfli fəaliyyət planının bütün aspektlərinə əməl etməsini tələb edir və hər iki qurumu konstruktiv şəkildə əməkdaşlığa çağırır. İranın nüvə proqramı ilə bağlı yaranmış narahatlıqlara və bununla əlaqədə ortaya çıxmış suallara niyə cavab vermədiyini araşdırırıq. BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyindəki əməkdaşları ilə əlaqədə saxlamışıq və onlardan cavab gözləyirik”.

7times.az  “Report”-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Farhan Haq keçirdiyi mətbuat konfransında deyib. O, İranı nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliklərinə uyğun addımlar atmağa çağırıb: “Biz İranın nüvə proqramı ilə əlaqədar bütün aspektlərdə niyyətinin açıq və şəffaf olmasını istəyirik”.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnamə və İranla bağlı digər məsələlərlə bağlı keçirdiyi toplantısında çıxış edən beynəlxalq təşklatın baş katibinin siyasi məsələlər üzrə müavini Rosemari Dikarlo İranda zənginləşdirilmiş uran ehtiyatlarının həcminin nüvə razılaşmasında təyin edilən həddən xeyli çox olduğunu, həmçinin BMT-nin hazırda İranın raketlər və pilotsuz uçuş aparatlarından istifadə edilməsi ilə bağlı Səudiyyə Ərəbistanının və İsrailin verdiyi məlumatları araşdırmağa başladığını bildirib.