Dünya

BMT-nin terrorla əlaqəsi olan əməkdaşları məsuliyyətə cəlb olunacaq – Quterreş

BMT-nin terrorla əlaqəsi olan əməkdaşları məsuliyyətə cəlb olunacaq – Quterreşbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT təşkilatın Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) bəzi əməkdaşlarına qarşı HƏMAS ilə əlaqəsi olduğu iddialarından sonra təcili tədbirlər görür.

 

7Times.az -ın məlumatına görə, bunu beynəlxalq təşkilatının baş katibi Antonio Quterreş deyib.

 

“Birləşmiş Millətlər Təşkilatı Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin bir neçə əməkdaşına qarşı son dərəcə ciddi ittihamlardan sonra təcili tədbirlər görür. BMT-nin Daxili Nəzarət Xidmətləri İdarəsi dərhal araşdırmaya başlayıb”, – baş katib bildirib. Quterreş qeyd edib ki, bu prosesdə iştirak edən 12 nəfərdən 1-i ölüb, 9-nun şəxsiyyəti müəyyən edilərək işdən çıxarılıb.

 

“Terror aktlarında iştirak edən istənilən BMT əməkdaşı cinayət təqibi də daxil olmaqla, məsuliyyətə cəlb olunacaq”, – o vurğulayıb.

 

Eyni zamanda, baş katib Qəzza zolağında 2 milyon mülki vətəndaşın yardımdan asılı olduğuna diqqət çəkib: “Bu işçilərin iddia edilən iyrənc hərəkətlərinin nəticələri olmalıdır”.