Sloveniya 2024-2025-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
7Times.az xarici KİV-lərə istinadən xəbər verir ki, qeyri-daimi üzv seçilmək üçün Baş Assambleyanın bütün üzvlərinin – 193 üzvünün üçdə ikisinin səsi tələb olunurdu. Sloveniya 153, Belarus isə 38 səs toplayıb.
Səsvermədə, həmçinin Əlcəzair, Qayana, Sierra-Leone və Cənubi Koreya 2024-2025-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçiliblər.
Follow @7timesaz