Dünya

BMT Yaxın Şərqdəki münaqişənin deeskalasiyası üçün fəal işləyir

BMT Yaxın Şərqdəki münaqişənin deeskalasiyası üçün fəal işləyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Yaxın Şərqdəki münaqişənin bütün tərəflərindən təmkinli davranmalarını istəyir və regionda vəziyyətin deeskalasiyası üçün fəal işləyir.

7Times.az xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdə vəziyyət gözlənilməz şəkildə nəzarətdən çıxa bilər: “Biz bütün tərəflərin təmkinli olmasını istəyirik. Vəziyyət gözlənilməz şəkildə nəzarətdən çıxa bilər və biz bunun qarşısını almaq üçün fəal işləyirik”.

İyulun 31-də HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin Tehranda öldürülməsindən sonra İranın tələbi ilə BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib. Təhlükəsizlik Şurasına sədrlik edən Rusiya fələstinli siyasətçinin qətlini pisləyən mətbuat bəyanatı qəbul etməyi təklif etsə də, Böyük Britaniya, ABŞ və Fransa sənədi bloklayıb.