Dünya

BMT: Yəməndə insanlar yarpaq yeyir

BMT: Yəməndə insanlar yarpaq yeyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəməndə silahlı qarşıdurmalar və iqtisadi böhran səbəbindən aclıq ölkə üzrə yayılmağa başlayıb.

7Times.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) məlumat yayıb.

Bildirilib ki, ölkənin şimal-qərbindəki Hacce kimi müharibədən ən çox əziyyət çəkən vilayətlərdə vəziyyət daha acınacaqlıdır. Burada insanlar ağac yarpaqları yeyərək sağ qalmağa çalışır.

Qeyd edək ki, (WFP) bir müddət öncə yaydığı açıqlamada maliyyə çatışmazlığı səbəbindən Yəmənə göndərilən humanitar yardımların azaldılacağı bildirilmişdi.