Beynəlxalq Olimpiya Komitəsi (BOK) Pekin Qış Olimpiya və Paralimpiya Oyunları müddətində barışığa dair qətnaməni təsdiqləyib.
Bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb.
Qətnamənin mətnini BMT Baş Assambleyasının 76-cı sessiyasında komitənin prezidenti Tomas Baxın adından BOK-un BMT yanında daimi müşahidəçisi Luis Alberto Moreno oxuyub.
Qeyd edək ki, Pekin Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək, Paralimpiya Oyunları isə martın 4-dən 13-dək keçiriləcək.
Mənbə: TASS
Follow @7timesaz