Dünya

Bolqarıstan Ukraynaya hərbi yardım vəd edir

Bolqarıstan Ukraynaya hərbi yardım vəd edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstan Ukraynaya təxminən 100 sovet tipli zirehli texnika verə bilər. Onların təhvil verilməsi sentyabrın sonu – oktyabrın əvvəlində başlaya bilər. Bu barədə Bolqarıstanın müdafiə naziri Todor Taqarev Odessada ukraynalı həmkarı Aleksey Reznikovla keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, texnika hələ də Bolqarıstan Daxili İşlər Nazirliyinin anbarlarında olduğu üçün proses ləngiyir.

Taqarev bildirib ki, Bolqarıstanın DİN ilə Ukrayna Müdafiə Nazirliyi arasında müqavilə imzalanmalıdır, bu halda saziş Bolqarıstan parlamenti tərəfindən ratifikasiya edilməlidir.

“İnanıram ki, sentyabrda iclaslara yenidən başlayan kimi, bu, prioritet məsələlərdən biri olacaq. Sentyabrın sonu – oktyabrın əvvəlində isə bu sazişin ratifikasiyası artıq bizdə olacaq və düşünürəm ki, bundan sonra təhvil prosesi başlaya bilər”, – deyə Bolqarıstanın müdafiə naziri bildirib.

Taqarev vurğulayıb ki, Bolqarıstan Rusiya tərəfindən müvəqqəti işğal olunmuş ərazilərini azad etmək istəyində Ukraynanı dəstəkləyir. O, həmçinin əlavə edib ki, ikitərəfli münasibətlər çərçivəsində Bolqarıstan Ukraynaya hərbi, siyasi və humanitar yardım göstərməkdə davam edir. Söhbət Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin qabiliyyətinin və hazırlığının artırılmasından gedir.

Bundan əlavə, Reznikov bildirib ki, görüşdə nazirlər Azov-Qara dəniz regionu da daxil olmaqla, mövcud vəziyyəti, gələcək əməkdaşlığı, o cümlədən Ukraynanın hava hücumundan və raketlərdən müdafiəsini gücləndirmək imkanlarını müzakirə ediblər. Bundan başqa, əlavə silah sistemləri, texniki vasitələrin, döyüş sursatları və s. təchizatı mümkündür.

oxu.az