Serb Respublikasının lideri Milorad Dodik Bosniya və Herseqovinanı bölmək planını açıqladı: Dünyada bizi dayandıracaq güc yoxdur!
7times.az xəbər verir ki, Bosniya və Herseqovinadakı iki qurumdan biri olan Serb Respublikası lideri Milorad Dodik Bosniyanı bölmək planını açıqlayıb.
Bosniya və Herseqovinadakı siyasi qütbləşmənin “Bosniya və Herseqovinanın ortadan qaldırılması ilə həll ediləcəyini” iddia edən Dodik, yaxın aylarda öz Bosniya Serb ordusunu quracağına da söz verib.
Dodik “Dünyada bizi dayandıracaq güc yoxdur” deyərək planlarını müdafiə edərkən, Bosniya serbləri də bu çıxışa reaksiya verdi. Dodikin Moskvada keçirdiyi görüşlə Rusiyanın da dəstəyini aldığı bildirilir.
Follow @7timesaz