Türkiyədə böyrəyini satıb, 3 mərtəbəli villada narkotik emalatxanası açan şəxslər saxlanılıb.
32gun.az xəbər verir ki, Ankara polisi sözügedən villada əməliyyat keçirib. 3 mərtəbəli villada narkotik vasitə olan “Hind kenevir bitkisi” və bu bitkinin becərilməsi üçün lazım olan mexanizmlər ələ keçirilib.
Əməliyyat zamanı 3 nəfər saxlanılıb.
Polisin apardığı araşdırmada şübhəlilərdən M.Y-nin uzun müddət Almaniyada yaşadığı və orada narkotik vasitələrin becərilməsi mexanizminin qurulması prosesini öyrəndiyi müəyyən edilib.
M.Y-nin Türkiyəyə qayıdıb bu işlə məşğul olmaq qərarına gəldikdən sonra əvvəlcə İrana gedərək böyrəyini burada külli miqdarda pul qarşılığında satdığı bəlli olub.
Hazırda istintaq davam edir.