Dünya

“Böyük müharibə gələcək, İsrail dağılacaq” – Aleksandr Duqin

“Böyük müharibə gələcək, İsrail dağılacaq” – Aleksandr Duqinbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gəmilər artıq Qırmızı dənizə girə bilməyəcəyindən müharibə genişlənəcək, neftin qiyməti artacaq və qıtlıq baş verəcək”.

7Times.az xəbər verir ki, bunu rusiyalı politoloq, sosioloq və filosof, “Putinin beyni” də adlandırılan Aleksandr Duqin sosial media hesabından etdiyi paylaşımda bildirib.

Duqin sözügedən paylaşımında yaxın gələcəklə bağlı proqnozlarını açıqlayıb.

Onun paylaşımındakı ən maraqlı hissə Yaxın Şərqlə bağlı təxminləri olub. Duqin iddia edib ki, Yaxın Şərqdə böyük bir müharibə baş verəcək. O, bunun bir az gec ola biləcəyini, lakin mütləq olacağını bildirib.

Politoloq qeyd edib ki, İran Yaxın Şərqdə baş verən bu təxribatları cavabsız qoymayacaq. Onun proqnozlarına görə, baş verənlər fonunda İsrailin dağılması qaçınılmaz olacaq.

“AzPolitika.info”