Braziliya futbolu tarixində ən bahalı transfer reallaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə “Relovo” məlumat yayıb.
Xəbərə görə, “Botafoqo” “transfer bombası partladıb”. Komanda Luis Enrikeni ispaniyalı “Betis”dən 20 milyon avroya alıb. Başqa sözlə, “Botafoqo” təxminən 107 milyon Braziliya xərcləyib ki, bu da yeni rekorddur. Əvvəlki rekord “Flamenqo”ya aid idi. Sözügedən klub Gersonu 92 milyon riala alıb. Qabiqol üçün müqavilə isə ilk “üçlük”dədir. 2020-ci ildə “Flamenqo” onun üçün 78,9 milyon rial ödəyib.
Xatırladaq ki, Braziliya çempionatının yeni mövsümü fevralın sonunda başlayır, hazırkı çempion “Palmeyras”dır.
Follow @7timesaz