Sosial şəbəkələrdə Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun “kişi” olaraq doğulduğu və adının Jon Mişel Tronyux olduğu iddia edilib.
7times.az xəbər verir ki, Bricit Makron hüquq-mühafizə orqanlarına müraciət edəcəyi ilə bağlı xəbəri yerli mətbuata təsdiqləyib.
Tronyux Bricit Makronun qızlıq soyadı kimi tanınır.
Qeyd edək ki, sözügedən iddia ilk dəfə sentyabr ayında ifrat sağçı “Faits et Documents jurnalında” irəli sürülüb. Jurnal bu iddianın “bir çox ekspertlər” tərəfindən dəstəklənən üç illik araşdırmaya əsaslandığını iddia edib.
Bəzi sosial şəbəkə istifadəçiləri iddialara “sübut” kimi Bricit Makronun gənclik illərində çəkilmiş az sayda fotoşəkillərini göstəriblər.
Follow @7timesaz