“Bakı-Gəncə-Bakı” reysindən istifadə edən Xalq artisti Brilliant Dadaşova qatarların qiymətindən narazıdır.
Sfera.az xəbər verir ki, bu barədə sosial media hesabında paylaşım edən ifaçı birinci klassda səyahət etdiyini və qiymətlərin baha olduğunu vurğulayıb:
“Dünən Gəncəyə qatarla gəldim, bu gün də qatarla qayıdırıq. Dostumuzun oğlunun toyu idi. Maşallah olsun, qatarımıza baxın, rahat-rahat. Elə bilərsiniz, reklam edirəm, pulunu vermişəm. Sadəcə bahadır. Həqiqətən də çox bahadır. Yəni adam başı 100 yox, 50 manat olsa, çox əla olardı. Amma rahatdır, dünyanın bərk gedən ölkələrində belə bu cür vaqonlar yoxdur.
Maşınla gedəndə nigaran oluram, gözüm yolda qalır. Amma qatar rahatdır. Bəlkə səsimizi eşidərlər, bir az ucuzlaşdırarlar. Buradan “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə səslənirəm ki, zəhmət olmasa, bu biletləri bir az ucuzlaşdırın, tez-tez gedib gələk”.