Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə 33 il əvvəl baş tutan toyunun görüntülərini paylaşıb.
7times.az xəbər verir ki, məşhur müğənni 1988-ci ildə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə ailə qurduğunu, dünən isə yubileylərinin olduğunu qeyd edib:
O, “1988-ci il, 30 may! Dostlar, bizi təbrik edin. 33 il birlikdə”,- şərhini yazıb.
Sözügedən posta Xalq artisti Zülfiyyə Xanbabayeva da rəy yazıb, həmin günün unudulmaz olduğunu bildirib:
“İndiki kimi yadımdadır. Azərbaycanın ziyalıları, korifeyləri, daha kimlər- kimlər… Bir ömür boyu xoşbəxt olun! Nə yaxşı ki, Ədalət müəllim kimi həyatının yoldaşı var!”
Qeyd edək ki, cütlüyün Cahad adlı bir oğlan övladı var.
Follow @7timesaz