Dünya

“Britaniya Fələstin dövlətini tanımaq məsələsini nəzərdən keçirəcək” – Devid Kemeron

“Britaniya Fələstin dövlətini tanımaq məsələsini nəzərdən keçirəcək” – Devid Kemeronbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya sülh nizamlanmasına nail olmaq üçün birgə səylərin bir hissəsi, Fələstin dövlətinin tanınmasını nəzərdən keçirəcək.

APA “Guardian”a istinadən xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.

“Fələstinlilərin iki dövlətli həllə doğru geri dönülməz bir irəliləyiş əldə ediləcəyini görə bilməsi üçün siyasi üfüqə sahib olması vacibdir”, britaniyalı nazir deyib.

Kemeron BMT-də Fələstin dövlətinin tanınmasını nəzərdən keçirməklə Böyük Britaniya və müttəfiqlərinin təzyiqi artıra biləcəyini açıqlayıb.

“Biz Fələstin dövlətinin necə görünəcəyini – nədən ibarət olacağını, necə işləyəcəyini müəyyənləşdirməyə başlamalıyıq. Bununla da, biz müttəfiqlərlə birlikdə Fələstin dövlətinin tanınması məsələsinə BMT-də baxacağıq”, – Devid Kemeron deyib.