Dünya

Britaniya kəşfiyyatı Putinin TŞ toplantısını dəyərləndirdi

Britaniya kəşfiyyatı Putinin TŞ toplantısını dəyərləndirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya işğal olunmuş rayonlarda vəziyyətin normallaşdığını göstərmək istəyir.

7Times.az  BBC-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının sutkalıq informasiya bülletenində qeyd olunub.

“2023-cü il aprelin 5-də Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasını keçirdi və bu, 2022-ci ilin oktyabrından bəri ilk belə tədbir idi. Əsas hesabat daxili işlər naziri Vladimir Kolokoltsev tərəfindən təqdim edilmiş və yenidənqurma, hüquq-mühafizə və ictimai məsələlərlə bağlı müzakirələr aparılmışdır. Ukraynanın qeyri-qanuni ilhaq edilmiş bölgələrində nizam-intizam tədbirləri də müzakirə olunmuşdur”, – məlumatda bildirilib.

Vurğulanıb ki, bu seçim Kremlin müvəqqəti işğal olunmuş ərazilərdə vəziyyətin normallaşdığını göstərmək cəhdidir. Lakin reallıqda fəal hərbi əməliyyatlar işğal olunmuş torpaqların əksəriyyətinə təsir edir və partizanlar təxribat təşkil etməkdə davam edirlər.