Rusiya qüvvələrinin Mariupolu on həftədən çox mühasirəyə almasına baxmayaraq, Ukraynanın sarsılmaz müqaviməti Rusiyanın şəhər üzərində tam nəzarəti ələ keçirməsini ləngitdi.
APA-nın xəbərinə görə, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.
Bildirilib ki, bu, Rusiyanın şəhəri ələ keçirməklə bağlı ilkin səylərini puça çıxardı və onun qüvvələri arasında baha başa gələn şəxsi heyət itkisinə səbəb oldu.
“Ukrayna müqavimətini dəf etmək üçün Rusiya yardımçı personaldan əhəmiyyətli dərəcədə istifadə edib. Buraya, ehtimal ki, əsasən Mariupol və Luqansk sektorlarında cəmləşmiş bir neçə min döyüşçüdən ibarət çeçen qüvvələrinin yerləşdirilməsi daxildir. Bu qüvvələr çox güman ki, həm könüllülərdən, həm də müntəzəm olaraq Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırovun hakimiyyətinin qorunmasını təmin edən Milli Qvardiya bölmələrindən ibarətdir”, – deyə məlumatda qeyd olunub.
Əlavə olunub ki, R. Kadırov hərbçilərinə şəxsən yaxından nəzarət edir və onun əmisi oğlu Adəm Delimxanov isə Mariupolda çeçen səhra komandiri kimi fəaliyyət göstərib.
Vurğulanın ki, Rusiyanın döyüşlərdə də cür fərqli personal yerləşdirməsi onun Ukraynada əhəmiyyətli resurs problemləri ilə üzləşdiyini nümayiş etdirir.
Follow @7timesaz