Aktual

Britaniya kəşfiyyatı: “Rusiya hərbi əməliyyatlara quru qoşunlarının 65 faizini cəlb edib”

Britaniya kəşfiyyatı: “Rusiya hərbi əməliyyatlara quru qoşunlarının 65 faizini cəlb edib”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynadakı hərbi əməliyyatlara ümumi quru döyüş qüvvələrinin təxminən 65 faizini cəlb edib.

Bu barədə Britaniya kəşfiyyatının son hesabatında qeyd olunur.

Hesabatda qeyd olunur ki, münaqişənin başlanğıcında Rusiya Ukraynaya 120-dən çox batalyon taktiki qrupunu cəlb edib ki, bu da onun ümumi quru qoşun gücünün təxminən 65 faizini təşkil edir.

Hesabatda həmçinin qeyd olunur ki, Rusiyanın ən elit bölmələrinin bir qismi, o cümlədən Hava-Desant Qüvvələri ciddi itkilərə məruz qalıb.

“Rusiyaya bu qüvvələri bərpa etmək üçün illər lazım olacaq”, – Britaniya kəşfiyyatı qeyd edir.