Dünya

Britaniya Navalnının öldüyü koloniyanın əməkdaşlarına sanksiya qoyur

Britaniya Navalnının öldüyü koloniyanın əməkdaşlarına sanksiya qoyurbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya hökuməti rusiyalı müxalifət lideri Aleksey Navalnının öldüyü koloniyanın əməkdaşlarına qarşı sanksiyalar paketi hazırlayır.

 

7Times.az  xəbər verir ki, bu barədə “Bloomberg” vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

 

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, bir neçə əməkdaş tezliklə Britaniya sanksiyalarına məruz qalacaq. Britaniya Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı açıqlama verməyib.

 

Navalnının ölümü ilə bağlı Rusiyaya qarşı yeni sanksiyaları planlaşdıran tək Britaniya deyil. Ağ Evdən bildiriblər ki, Co Bayden administrasiyası Navalnının ölümünə görə Rusiyanı məsuliyyətə cəlb etmək üçün cümə günü böyük sanksiyalar paketini elan edəcək.