Dünya

Britaniya Rusiyaya qarşı sanksiyaları sərtləşdirir

Britaniya Rusiyaya qarşı sanksiyaları sərtləşdirirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya Parlamenti Rusiya Sanksiyaları Aktına məhdudlaşdırıcı tədbirlərin tətbiqinə icazə verən düzəlişləri təsdiqləyib.

7Times.az xəbər verir ki, dəyişikliyə əsasən sanksiyalar geniş fərdlərə və şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqinə icazə verəcək.

Rusiyaya qarşı əvvəlki sanksiya rejimi Britaniya hökumətinə yalnız Ukraynanın sabitliyinin pozulmasında birbaşa iştirak edənlərə qarşı tədbirlər görməyə imkan verirdi. İndi bu sənəd genişləndiyindən Rusiya üçün strateji və iqtisadi əhəmiyyət kəsb edən müəssisələr və şəxslər məhdudiyyətlərə üzləşə bilər. Rusiya Xarici İşlər Nazirliyi isə tətbiq edilən sanksiyalara heç cür haqq qazandırmağın mümkün olmadığını bəyan edib.